Erməni hərbçi Azərbaycanla sərhəddə minaya düşdü
Dünən gecə Geqarkunik bölgəsində mina partlaması nəticəsində erməni əsgərlərdən biri yaralanıb.
Yenicag.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Bildirilib ki, Vardenis sərhəd bölgəsində əsgərlər minalanmış sahəni təmizləmək üçün əmr alıblar. Minatəmizləmə əməliyyatı zamanı əsgər təsadüfən minaya düşüb. Partlayış nəticəsində o, ayağını itirib. Yaralı əsgər İrəvana aparılıb.
Bununla belə, minatəmizləmə əməliyyatının niyə gecə saatlarında aparıldığı da suallar yaradıb.
Hərbçinin Qarabağ müharibəsində iştirak etdiyi deyilir.
Ermənistan Müdafiə Nazirliyi məlumatı təsdiqləyib./unikal