Erməni hüquq müdafiəçisi gülünc açıqlama verib.
Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, Ermənistanın AİHM-dəki əsirlər məsələsi üzrə nümayəndəsi Siranuş Saakyan separatçıların keçmiş və indiki liderlərinin həbsini şərh edib.
O bildirib ki, Bako Saakyan, Arkadi Qukasyan və Arayik Arutyunyanın Azərbaycan DTX-si tərəfindən həbsi “qanunsuzdur, əvvəllər belə bir hal yaşanmayıb”.
“Tanınmamış dövlətlərin rəhbərləri əvvəllər heç vaxt məsuliyyətə cəlb olunmayıb. Belə bir presedent yoxdur”, – deyə Saakyan absurd fikir səsləndirib.
Xuraman Etibarlı
www.yenicag.az