Erməni liderin qardaşı öldü
Ermənistanın birinci prezidenti, müxalifətçi Erməni Milli Konqressinin başçısı Levon Ter-Petrosyanın böyük qardaşı Petros Ter-Petrosyan dünyasını dəyişib.
Petros Ter-Petrosyan 16 fevral 1941-ci ildə Suriyanın Hələb şəhərində anadan olub. 1946-cı ildə ailəsi ilə birlikdə Ermənistana göçüb.
Petros Ter-Petrosyan texnika elmlər doktor, professor, Ermənistan Mühəndislik Akademiyasının müxbir üzvü olub. İrəvan Memarlıq Universitetində kafedra müdiri işləyib. İri panelli evlərin tikintisi üzrə mütəxəssis idi.
O, avqusutun 6-da dəfn ediləcək