Ermənilər son zamanlar Paşinyanın davamlı papaq geyməsindən onun səhhətinin yaxşı olmadığını bildirirlər.
Yenicag.az xəbər verir ki, bu barədə hətta erməni mediasında yazı dərc olunub.
Həmin yazını olduğu kimi təqdim edirik:
“İnsanlar Putindən soyuqda papaq taxmağı tələb ediblər.
Rusiya Federasiyası prezidentinin hətta Çukotkada soyuqda belə papaqsız görünməsi hər kəsi təəccübləndirib.
Putin niyə soyuqda papaq taxmır? Rusiyalı politoloq Sergey Markov sualı cavablandırıb və qeyd edib:
“1. Putinin səhhəti çox yaxşıdır.
2. Putin bilir ki, seçicilər üçün prezidentin sağlam olması vacibdir. Hamı xəstə Yeltsini və Brejnevi xatırlayır.
3. Putin sağlamlığının yaxşı olduğunu nümayiş etdirir.
4. Putin soyuqda çox vaxt keçirmir, dözmək olar.
5. Xəz papaqlı dövlət başçısı Sov.İKP MK Siyasi Bürosunun köhnə üzvü kimi görünə bilər. İnsanlar onları “Göbələk” adlandırırdılar. Bu, pisdir, ona görə də papaqsız olmaq düzgündür”.
Biz də son zamanlar həm Ermənistanın bölgələrinə, həm də başqa yerlərə səfərləri zamanı, həm də bu yaxınlarda Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə papaq taxmağa başlayan Ermənistan baş naziri Nikol Paşinyanı xatırlamaya bilmirik.
Yeri gəlmişkən, Paşinyan papağı ilə klassik inqilabçı Lenini xatırladır.
Və əgər Markovun nəzəriyyəsi ilə mühakimə etsək, o zaman Ermənistanın baş naziri papaq taxmamalıdır. Lakin bildiyiniz kimi, Paşinyanın səhhəti pisdir… və onun şapkaya ehtiyacı var”.
Xuraman Etibarlı
www.yenicag.az