!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

VTB ermənilərin borcunu silib-silməyib? – Açıqlama – Yenilənib – 2

!Reklam – Yazi

yenicag.az_vtb“Rəzalətin dərəcəsinə baxın ki, Neft Fondunun 100 milyonlarla vəsaiti (2013-cü ildə 500 milyon dollar) Rusiyanın VTB bankına yatızdırılıb 2.95% səhminə malikdir, Neft Fondunun sədri müşahidə şurasının üzvü olduğu bankın 100% kapitalla sahibi olduğu Ermənistan VTB-si Qarabağda hərbçilərimizi şəhid edənlərin kredit borcunu silib”.

Bunu sabiq deputat Nazim Məmmədov bildirib.

Qeyd edək ki, məsələ ilə bağlı Rusiya saytları Bank VTB-nin erməni bölməsinin mətbuat xidmətinə istinadən xəbər verib. Bildirilir ki, bank aprelin 1-dən 7-dək cəbhədə həlak olan erməni hərbçilərin ailələrinə dərin hüznlə başsağlığı verir və onların mövcud kreditləri üzrə borclarını bağlamağa qərar verib. /AFN.AZ

Xatırladaq ki, VTB Bankın 49% səhmlərinin sahibi “AtaHolding” Şirkətlər Qrupudur. Azpolitika.info saytı isə bildirir ki, ““ATA HOLDİNQ”in yaradıcısi kimi vergilər naziri Fazil Məmmədovun adı çəkilir”.

***

“Bank VTB” aprelin əvvəlində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hərbi

toqquşmalar nəticəsində həlak olmuş erməni hərbçilərin ailələrinin kredit müqavilələri üzrə

öhdəliklərini ləğv etməyi planlaşdırmır. Bunu Trend-ə bankın mətbuat xidmətindən deyiblər.

VTB-nin baş ofisindən bildiriblər ki, belə qərar (erməni hərbçilərin ailələrinin kredit borcunun

silinməsi barədə) qəbul edilməyib və planlaşdırılmır.

Xatırladaq ki, Ermənistan və Rusiyanın bəzi KİV-ləri Bank VTB-yə (Ermənistan) istinad

edərək bankın aprelin əvvəlində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində

hərbi toqquşmalar nəticəsində həlak olmuş erməni hərbçilərin ailələrinin kredit müqavilələri

üzrə öhdəliklərini ləğv edəcəyi barədə məlumat yaymışdılar.

COP29

www.yenicag.az

1404
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv