Erməni təşkilatları lobbiçiləri hədələdi

media-hightechnic-468x90

img1743832ABŞ-da erməniliyi təmsil edən təşkilatlar koalisiyası 200-dən çox şirkətə, universitetlərə və QHT-lərə məktub göndərib.

Yenicag.az müsavat-a istinadən bildirir ki, məktub göndərilən qurumlar hazırda ABŞ Konqresində uydurma “erməni soyqırımı”na qarşı Türkiyə üçün lobbiçilik edən 5 şirkətdən biri ilə əlaqələrə malik olanlardır.

Həmin 5 kompaniyalar arasında sabiq konqresmenlər Dik Qepxard və Denis Xastertin şirkətləri də var. “Qepxard və Xastert Türkiyə ilə təmaslardan imtina eləməlidirlər”, – deyə Amerika Erməni Milli Komitəsinin icraçı direktoru Aram Ambaryan bəyan edib. Əks halda, o, müştərilərin onlardan imtina eləməli olduğunu söyləyib. Ambaryanın iddiasına görə, keçmiş konqresmenlər Türkiyənin Ağ Evdə və Konqresdə maraqlarını irəli aparmağın qarşılığında milyonlar qazanırlar.

ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, “Gephardt Government Affairs”, “Dickstein Shapiro”, “Greenberg Traurig”, “Alpaytac” və “LB International” kompaniyaları Ankaranın saxta “genosidi” inkar siyasətinin dəstəkləyir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600