Erməni və azərbaycanlı birgə cinayət törətdilər

media-hightechnic-468x90

79047Moskvada yük maşınının sürücüsünə silahlı hücumda şübhəli bilinən 35 yaşlı Azərbaycan və 40 yaşlı Ermənistan vətəndaşı saxlanılıb.

Yenicag.az anspress-ə istinadən bildirir ki, bu haqda Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər yayıb.

Xəbərdə deyilir ki, azərbaycanlı ilə erməni birləşərək ukraynalı sürücüyə hücüm edib:

“2014-cü ilin noyabrın 11-də şübhəli şəxslər M4 “Don” avtomobil yolunun 39-cu kilometrində 32 yaşlı Ukrayna sakininin idarə etdiyi yük maşınını dayandıraraq tapançayla və bıçaqla hədələyərək ondan 2,5 milyon rubldan çox məbləği oğurlayıblar”.

Fakt üzrə Cinayət Məcəlləsinin 162-ci (böyük ölçüdə soyğun) maddəsi ilə cinayət işi açılıb.

“Dostların” cinayəti sübüt olunsa, onları 15 ilə qədər həbs gözləyir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600