“Ermənilər gördülər ki, Azərbaycan hər an, …”

media-hightechnic-468x90

загруженное (11)“Ermənilər elə bilirlər ki, Azərbaycan hələ də hərbi əməliyyatlara başlamağa hazır deyil. Ancaq ötən gün Azərbaycan tərəfindən erməni helokopterinin vurulması onlar üçün gözlənilməz idi. Hesab edirəm ki, bu, Ermənistan üçün böyük hadisədir”. Bunu  Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib.

Politoloq bildirib ki, Ermənistan son vaxtlar belə bir təxribata hazırlaşırdı: “Ardıcıl, yüksək səviyyədə ATƏT-in Minsk qrupunun həmsədr ölkə rəhbərlərinin təşəbbüsü ilə Ermənistan və Azərbaycan prezidentlərinin görüşü keçirilidi. Ortada “Böyük Sülh Sazişi”nin hazırlanması məsələsinin olduğu bir zamanda Ermənistan var gücü ilə hərbi təlimlər keçirməyə başladı. Bu Ermənistan tərəfindən beynəlxalq hüquq normalarına, cinah müqavilələrinə hörmətsizlik idi. Eyni zamanda Ermənistan hərbi təlimlərə aqressiv ton verərək helikopterlərini təmas xətti boyunca uçurtmağa başladı. Nəticə nə oldu? Ermənilərin gözləmədiyi halda Azərbaycan tərəfi erməni helikopterini vurdu. Ermənilər Azərbaycan tərəfinin belə bir addım atmağını gözləmirdilər. Elə başa düşürdülər ki, Azərbaycan iki ayda bir erməni əsgərini öldürəcək və proses bu şəkildə davam edəcək. Amma helikopteri vurmaq, üç erməni zabitini öldürmək ağıllarına belə gəlmirdi. Bu hadisədə Ermənistan üç zabitini və Dağlıq Qarabağda olan 12 helikopterindən birini itirdi”.

M.Əhmədoğlu vurğulayıb ki, bu hadisə psixoloji dönüş yaradıb: “Elə başa düşürəm ki, bu psixoloji dönüş yaratdı. Ermənilər gördülər ki. Azərbaycan hər an müharibəyə başlaya bilər. Eyni zamanda öz döyüşçülərimizi ruhlandırdı. Ona görə ermənilər çaş-baş vəziyyətdədirlər. Ona görə də allah İlkin Muradovun canın salamat etsin”.

Politoloq ATƏT-in Minsk qrupu həmsədrlərinin məsələ ilə bağlı verdiyi bəyanatına da münasibət bildirib: “Bir daha sübut olundu ki, Dağlıq Qarabağ münaqişəsi regionun ən böyük bəlası ATƏT-in Minsk qrupudur. Əslində ATƏT-in Minsk qrupu həmsədrləri belə bir bəyanat verməklə bird aha ermənilərin tərəfində olduqlarını ortaya qoydular. Həmsədrlər ermənilərdən nə üçün soruşmurlar ki, sənin helikopterinin Azərbaycan ərazilərində nə işi vardı? ATƏT-in Minsk qrupu həmsədrləri 12 may bəyanatında Azərbaycanın təzyiqlərindən sonra ərazilərimizi işğal olunmuş ərazi adlandırdılar. İndi onlar bu ərazilərə işğal olunmuş ərazi deyir. Bu hadisədən sonra Azərbaycan deyir ki, niyə helikopteri vurmusan, etimad tədbirlərini möhkəmləndirmirsən? Paris görüşündə Fransa prezidenti Fransua Olland “Böyük Sülh Sazişi”nin imzalanması məsələsini gündəmə gətirib. ATƏT-in Minsk qrupu həmsədrləri bəyan etməlidir ki, Azərbaycan və Ermənistan tərəfi “Böyük Sülh Sazişi”ni hazırlasınlar və bu dövrdə tərəflər hərbi sakitliyə riayət etsin. Bunu əvəzində onlar başlayıblar ki, snayperləri geri çəkin, etimad tədbirlərini möhkəmləndirin və.s bu kimi fikirlər cəfəngiyyatdır. ATƏT-in Minsk qrupunun 22 illik fəaliyyəti dövründə eyni sözləri təkrar etməklə məşğuldurlar”.

M.Əhmədoğlu hesab edir ki, bu hadisə ATƏT-in Minsk qrupunun fəaliyyətinə son qoymalıdır: “Çünki, prosesin mahiyyətini bilmirlər və ya başa düşmək istəmirlər. Verdikləri bəyanat vəziyyəti qızışdırmaq üzrədir”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600