Ermənilər Qurban Qurbanovdan yazdı

media-hightechnic-468x90

76143Ermənistan mətbuatı “Qarabağ” klubunun baş məşqçisindən yazıb.

media-banner_tuq

Yenicag.az ansspress-ə istinadən xəbər verir ki, Qurban Qurbanovun albaniyalı tələbələrinə Ermənistan qarşısında qələbə qazanacaqları təqdirdə mükafat vəd etməsi Ermənistan mətbuatının diqqətindən qaçmayıb.

Əksər erməni saytları baş məşqçinin sözlərini manşetə çıxarıblar. Ermənilər Ansi Aqolinin Ermənistanla matçı ilə bağlı açıqlamarına da yer veriblər.

“Mən Azərbaycanda oynayıram. Bu matç azərbaycanlıların diqqət mərkəzində olacaq. Çünki iki ölkə arasında gərgin münasibətlər var. Buna görə əminəm ki, azərbaycanlılar bizi və Albaniya yığmasını dəstəkləyəcək”, – deyə Ansi Aqoli söyləyib.

Qeyd edək ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bir neçə gün öncə Azərbaycan mətbuatına maraqlı açıqlama verib. Baş məşqçi bildirib ki, Albaniya millisi Ermənistana qalib gəlsə, Ansi və Telliyə mükafat verəcək.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05