“Bəzi beynəlxalq qurumlar və dövlətlər vəziyyətin düzəlməsini istəmir”.
Bu sözləri Ermənistan baş naziri Nikol Paşinyanın yeni müharibə ehtimalını gündəmə gətirməsini şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.
Zərdüşt Əlizadə bildirib ki, hər şey iki tərəfin iradəsindən asılıdır:
“Tərəflər əgər sülh yolunu seçsə, müharibə olmayacaq, əgər tərəflər indiki formada davranmağa davam edəcəksə, müharibə ehtimalı böyükdür.
Paşinyan Fransa mətbuatına müsahibəsində həqiqəti çılpaqlığı ilə dedi. Azərbaycan tərəfi də vəziyyəti çılpaqlığı ilə xalqa deməlidir.
Heç kəs kor deyil. Bəzi beynəlxalq qurumlar və dövlətlər vəziyyətin düzəlməsini istəmir. Ermənistan Azərbaycanı insan hüquqları və azadlıqları ilə vurur. Ona görə də, beynəlxalq təşkilatlarla daha asan dil tapır. Azərbaycan xalqı əslində vəziyyətin nə yerdə olduğunu bilir. Silahla yox, qanunlara, azadlıqlara hörmətlə Qarbağda yaşayan erməniləri inteqrasiyaya cəlb etmək olar”.
Səxavət Məmməd
www.yenicag.az