“Ermənistan əsgərimizin nəşini qeyri-şərtsiz qaytarmalıdır”- Politoloq

media-hightechnic-468x90

Ötən il dekabrın 29-da Ermənistanın təxribatı nəticəsində sərhəddə baş vermiş toqquşmalar zamanı həlak olan və cəsədi düşmənin nəzarətindəki ərazidə qalan Azərbaycan əsgəri Çingiz Qurbanovun nəşinin qaytarılması erməni tərəfinin məsuliyyətsizliyi ucbatından gecikir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi ermənilərə istinadən bildirib ki, sərhəddə baş verənlərlə bağlı hansısa istintaq aparılır və bu səbəbdən cəsədin ekspertizası həyata keçirilir. Ekspertiza başa çatmadan cəsədin qaytarılmasından söhbət gedə bilməz.

Erməni mətbuatının yazdığına görə Beynəlxalq Qırmızı Xaç vasitəsilə Azərbaycan tərəfinə çatdırılıb ki, əgər qarşı tərəf Ermənistan ərazisinə hücum faktını təsdiqləyib, “günahını boynuna alarsa” əsgərin cəsədinin qaytarılması prosesi də sürətlənəcək.

Ermənistan bu addımı ilə qoşulduğu Cenevrə və digər beynəlxalq konvensiyaları pozmağı azmış kimi üstəlik, Azərbaycana qarşı şərt də irəli sürür.

Məsələ ilə bağlı Yeniçağ.az-a danışan politoloq Arzu Nağıyev deyir ki, Ermənistan bu addımı ilə danışıqlar prosesini pozmağa və bununla da Dağlıq Qarabağ münaqişəsinin həllində status-kvonun saxlanmasına nail olmağa çalışır:
“Eyni zamanda təxribatın məhz Azərbaycan –Ermənistan sərhəddində baş verməsini bəhanə gətirən ermənilər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını bu münaqişəyə qatmaq istəyir ki, bu da mümkün deyil. Bundan başqa Serj Sarkisyan və onun cinayətkar komandası bununla öz hakimiyyətini uzatmağa çalışır. Məyusedici hal ondan ibarətdir ki, bütün beynəlxalq normalara zidd hərəkətlərinə baxmayaraq, istər BMT, istərsə də ATƏT tərəfindən Ermənistana qəti şəkildə təzyiq edilmir. Bundan başqa bütün humanist hisslərini itirən erməni tərəfi bu məsələdə bir daha öz qəddarlığını biruzə vermiş oldu. Bütün beynəlxalq konvensiyaları, hüquq normalarını pozan Ermənistan Azəbaycana qarşı hər hansı bir şərt irəli sürə bilməz və əsgərimizin nəşini qeyri-şərtsiz qaytarmalıdır”.

 

Bəxtiyar
Yeniçağ.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600