“Ermənistan hökuməti hərbi xidmətə cəlb olunan könüllülər sistemini yerli müdafiə qüvvələri ilə əvəz etməyi planlaşdırır”.
Yenicag.az “Hraparak”a istinadla xəbər verir ki, bu dəyişikliklər barədə Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan Ermənistan Milli Məclisinin Müdafiə və Təhlükəsizlik Məsələləri üzrə Daimi Komitəsində çıxışı zamanı məlumat verib.
Bundan əlavə, o, həmçinin “Müdafiə haqqında” qanunda dəyişikliklər və əlavələr edilməsini təklif edən layihə və əlaqədar qanunlar paketini təqdim edib. Təklifə görə, yerli müdafiə qüvvələri hərbi korpusun komandanlığının ümumi rəhbərliyi altında fəaliyyət göstərəcək və dəstək bölmələri kimi qoşun birləşmələrinin tərkibinə daxil olacaq. Bu qüvvələrin vəzifələri, funksiyaları, idarəetmə prinsipləri və strukturu da müəyyən edilib.
Qeyd olunub ki, yaxın günlərdə ictimaiyyətə sözügedən məsələ ilə bağlı ətraflı məlumat veriləcək.
Rafi Müslümov
www.yenicag.az