!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan ordusunun “sülhməramlı” MİSSİYASI: İrəvan Moskvaya əzələ nümayiş etdirir

!Reklam – Yazi

“Ermənistanda keçirilən “Eagle Partner – 2024” hərbi təlimləri bu ayın 24-nə qədər davam edəcək və ABŞ-nin təşəbbüsü ilə həyata keçirilir”.

Bu sözləri Yenicag.az-a ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

Hərbi ekspert Ermənistanda keçirilən “Eagle Partner – 2024” hərbi təlimləri, habelə Kremlin sözügedən məsələyə münasibətini şərh edib.

Ü. Cəfərovun sözlərinə görə, bundan əvvəl də ABŞ və Ermənistan hərbçilərinin birgə təlimləri keçirilmişdi:

“ABŞ ordusunun Avropa və Afrika komandanlığının nümayəndəsi AFP-yə bildirmişdi ki, təlimlərdə 85 amerikalı, 175 isə erməni hərbçisi iştirak edirdi. Bu il isə onun sayı artırılıb, çünki təlimlər bilavasitə Ermənistanda keçirilir və bu təlimlərin bir növ dərin mənası var. Dərin məna odur ki, bu təlimlər sırf Ermənistan hərbçi qulluqçularının NATO standartlarına hazırlamaq məqsədini özündə daşıyır”.

Onun fikrincə, indi bu təlimlərin adını sülhyaratma əməliyyatları çərçivəsində beynəlxalq sülhməramlı missiyada iştirak ilə bölmələrarası qarşılıq fəaliyyət səviyyəsinin artırılması qoyublar:

“Əslinə qalsa, sual edilməlidir ki, Ermənistan ordusu bu günə qədər harada sülhməramlı missiyalarda iştirak edib? Aydındır ki, dünyanın müxtəlif yerlərində ABŞ hərbçiləri sülhyaratma missiyasını həyata keçirib. Bəs Ermənistan? Əlbəttə ki, Rusiya bu təlimləri görür, lakin heç bir halda, Moskva buna maneçilik göstərə bilməz. Doğrudur, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova demişdi ki, ABŞ-Ermənistan hərbi təlimləri bir növ Moskvaya əzələ nümayişidir”.

Həmsöhbətimiz əmindir ki, təlimlər planlaşdırıldı, həyata keçirildi və buna nə Ermənistan daxilində 102-ci bazadan, nə də kənardan təpkilər gəlmədi:

“Bu ilin aprelində ABŞ-la Ermənistan arasında müzakirələr var idi ki, bu cür təlimlər 2024-cü ildə də keçirilməyə davam etsin. Bütün bunlar onu göstərir ki, Ermənistan Qərbə yaxınlaşır, NATO ilə əməkdaşlığı genişləndirir. ABŞ də NATO-nun aparıcı dövləti kimi Paşinyan hakimiyyətinə dəstək olmaqda davam edir”.

“Moskva nə qədər qəzəbli olsa da, İrəvan öz işini görür. Bu gün Ermənistan KTMT ilə yollarını ayırıb və demək olar ki, təşkilatın heç bir tədbirində iştirak etmir və yəqin ki, bundan sonra da iştirak etməyəcək. “Eagle Partner – 2024” təlimləri də ona hesablanıb ki, Ermənistan ordusu NATO standartlarına hazırlansın. Burada digər maraqlı məqam isə budur ki, vaxtilə Tehran administrasiyası ABŞ-nin bölgədə olmasına əvvəllər qısqanclıqla yanaşırdısa, hazırda İran, ümumiyyətlə, bununla bağlı səsini çıxarmır”, – əlavə edib.

“Fikrimcə, Rusiya-Ermənistan münasibətləri daha da gərginləşəcək. Ötən günlərdə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin açıqlamışdı ki, baş verənlər Ermənistana baha başa gələcək. Aydındır ki, Kreml yağmasa da, guruldayır. Ona görə də Rusiya Ermənistanı heç bir halda cəzalandırmayacaq. Çünki Ermənistan Rusiya sanksiyalar altındadır deyə, bundan faydalanır və Rusiyaya bəzi yarımötürücülər, eləcə də silah-sursatların hazırlanmasında yetərincə dəstək olur. Məhz buna görə də Kreml İrəvana qarşı sərt addımlar atmır”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

COP29

www.yenicag.az

181
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv