!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan sülhdən yayınır: “Azərbaycan bu hədəflərə zərbələr endirə bilər” – XƏBƏRDARLIQ

!Reklam – Yazi

“Ermənistanın Naxçıvanın 1, Qazaxın 3 kəndini vermək fikri yoxdur”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Ermənistan Azərbaycan arasındakı gərginlik və bunun səbəblərini şərh edən hərbi ekspert Rövşən Məhərrəmov deyib.

Rövşən Məhərrəmov bildirib ki, Ermənistan Azərbaycanı ona zərbələr endirməyə məcbur edir.

“Qarşıdan növbədənkənar parlament seçkiləri və COP29 gəlir. Bu ərəfədə Ermənistan tərəfi təxribatlara əl atır. Bundan əlavə, Paşinyan İngiltərədiki görüşdən imtina etdi. Bütün bunları onu göstərir ki, Ermənistan sülhdən yayınmaq, vaxtı uzatmaq üçün addımlar atır. Görünən odur ki, Ermənistanın Naxçıvanın 1, Qazaxın 3 kəndini vermək fikri yoxdur.

Müdafiə Nazirliyi sərt bəyanat verdi. Hətta bəyanatda Ermənistana havadarlıq edənləri də hədəf aldı. Müdafiə Nazirliyi mesaj verdi ki, prosesləri diqqətlə izləyirik, proses belə davam etdiyi halda, Azərbaycan Ordusu susmayacaq, hansı istiqamətdə sərhəd pozuntusuna yol veriləcəksə, həmin yer vurulacaq”, – deyə o əlavə edib.

Hərbi ekspertin sözlərinə görə, Ermənistanın ən zəif yeri hava hücumundan müdafiə sistemi olduğu halda, onlar hücum silahları alır:

“Baş verənlər ona doğru gedir ki, heç bir siyasi məsələlərə baxmadan Azərbaycan legitim hədəflərə zərbələr endirə bilər”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

4830
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv