!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan təxribatlara davam edir: Naxçıvan və Kəlbəcər istiqamətində atəşkəs pozuldu

!Reklam – Yazi

Avqustun 6-sı saat 19:05, 23:30 və 23:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Basarkeçər rayonunun Yuxarı Zağalı və Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad, Kəlbəcər rayonunun İstisu və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

www.yenicag.az

532
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv