Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ermənistan Türkiyə ilə danışıqlara başladı

Ermənistan hökuməti ölkənin hava yollarına məxsus təyyarələrin Türkiyə üzərindən uçmasına icazə verilməsi üçün Ankara ilə danışıqlar apararır.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistanın dövlət avişirkətinin direktor müavini Gevorq Xaçatryan məlumat verib.

O, Türkiyə təyyarələrinin Ermənistan üzərindən uçduğunu bildirib.

Ermənistan rəsmisi onu da qeyd edib ki, mart ayında Ermənistan təyyarələrinin Türkiyə üzərindən uçması üçün rəsmi Ankaraya müraciət etsə də, müsbət cavab ala bilməyib.

Xaçatryan bu məsələnin tezliklə həll olunacağına ümid etdiyini bildirib: “Hazırda Türkiyə üzərində uçuşlar həyata keçirmirik. Ancaq bu istiqamətdə danışıqlar aparırıq və müsbət dəyişiklər var”./Unikal.org/

www.yenicag.az

172
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100