“Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyir” – Paşinyan

media-hightechnic-468x90

Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq, diplomatik əlaqələr qurmaq və sərhədləri açmaq niyyətindədir.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində keçirilən onlayn mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, İrəvan Ankara ilə danışıqların dinamikası saxlanıldığı təqdirdə Türkiyə tərəfinin Antalyada keçiriləcək diplomatik forumda iştirak etmək dəvətini qəbul edə bilər.

“Artıq Ermənistan – Türkiyə münasibətlərinin nizamlanması üzrə xüsusi nümayəndələrin görüşü olub. Və bu dinamika davam edərsə, o zaman Ermənistanın Antalyadakı diplomatik forumda iştirak etməsi ehtimalı yüksəkdir. Biz söhbəti davam etdirmək imkanını qaçırsaq, məntiqsiz olar. Qeyd edək ki, dünya birliyi, o cümlədən Rusiya, Aİ, ABŞ, region dövlətləri münasibətlərin tənzimlənməsi prosesini dəstəkləyir”, – deyə Paşinyan bəyan edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600