Ermənistan silahlı qüvvələrinə məxsus kamikadze dron Azərbaycan ordusu tərəfindən məhv edilib.
Yenicag.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev özünün rəsmi “Twitter” hesabından məlumat yayıb.
“Ermənistanın kamikadze dronu Azərbaycanın hava hücumundan müdafiə sistemi tərəfindən uğurla məhv edilib. Dron yaşayış yeri ətrafında uçurdu. Xeyli sayda dinc sakinin həyatı xilas edilib. Ermənistanın dövlət terroru davam edir”, – deyə Hikmət Hacıyev qeyd edib.
www.yenicag.az