Ermənistanda əsgər anaları növbəti etiraz aksiyası keçiriblər-Foto

media-hightechnic-468x90

c8ef1f75cf6a1afb288acd3d59178d9fOnlar hərbi qulluqçuların ölümü ilə bağlı cinayət işlərinin açılmamasına görə izahat istəyirlər

Ermənistanın qeyri-döyüş şəraitində həlak olmuş hərbi qulluqçularının valideynləri İrəvanda növbəti etiraz aksiyası keçiriblər.

Əsgər anaları əvvəlcə Prezident Administrasiyasının qarşısına toplaşıb, sonra isə Milli Məclisin qarşısında gəliblər.

Onlar hərbi qulluqçuların ölümü ilə bağlı cinayət işlərinin açılmamasından narahatlıqlarını ifadə ediblər.

Bildiriblər ki, baş prokuror Qevorq Kostanyananın Milli Məclisdəki illik məruzəsini gözləyirlər.

“Əsgər anaları bilmək istəyirlər ki, baş prokuror cinayət işlərinin açılmamasını necə izah edəcək, deputatlar orduda baş verən cinayətlərlə bağlı məsələ qaldıracaqlarmı?” – deyə “eprees.am” yazır.

Valideynləri dinləyən deputat Samvel Farmanyan qeyd edib ki, oğullarını itirmiş valideynlərə təsəlli verə bilməz: “Bu ağrını mən də yaşamışam. Mənim əmim oğlu da orduda həlak olub. Sadəcə, söz verə bilərəm ki, baş prokurorun məruzəsi zamanı bu problemi qaldıracam”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600