Ermənistanda hakimlər arasında GƏRGİNLİK – Paşinyan onları ipoteka ilə HƏDƏLƏDİ

media-hightechnic-468x90

Ermənistanın məhkəmə sistemində son günlərdə ciddi gərginlik yaşanır. Yerli mənbələrin məlumatına görə, din xadimlərinin saxlanılmasından sonra bir qrup hakim qeyri-rəsmi görüş keçirib və ölkədə baş verənlər barədə narahatlığını ifadə edib.

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Nəşr yazır ki, görüş zamanı yaşlı və təcrübəli hakimlər Baş nazir Nikol Paşinyanın dövründə təyin olunmuş gənc həmkarlarını tənqid ediblər. Belə ki, yeni təyin olunmuş hakimlər istintaq orqanlarının tələbləri əsasında qərarlarını verməyə hazır olduqlarını, başqa seçimlərinin olmadığını bildiriblər. Onlar bu vəziyyəti, əsasən, dövlət proqramı çərçivəsində aldıqları güzəştli ipoteka kreditləri ilə əlaqələndiriblər. Gənc hakimlərin fikrincə, əgər vəzifədən uzaqlaşdırılsalar, bu borcları ödəyə bilməyəcəklər və evlərini itirmək riski ilə üzləşəcəklər.

Məlumata görə, yaşlı hakimlər bu arqumentə sərt şəkildə qarşı çıxaraq bildiriblər ki, “əxlaqi və peşəkar prinsipləri evə dəyişmək olmaz”. Onlar gənc hakimləri “güc sahiblərinin sifarişlərini icra etməkdə” ittiham edib və əlavə ediblər ki, bu yanaşma ilə sabah kimin həbs olunacağının heç bir zəmanəti yoxdur.

Görüşdə iştirak etmiş hakimlərdən bəziləri artıq sistemdən çıxmaq və müstəqil fəaliyyətə başlamaq barədə düşünürlər. Onların fikrincə, hakimiyyətin din xadimlərinə qarşı təzyiqləri və məhkəmə qərarlarının siyasi sifarişlə verilməsi ölkədə hüquq sistemini ciddi şəkildə zədələyir.

Qeyd edək ki, yaxın günlərdə Eçmiədzinə qarşı da hüquqi təzyiqlərin arta biləcəyi ehtimal olunur. Bu isə dövlət-din münasibətlərində yeni qarşıdurma mərhələsinin başlaya biləcəyini göstərir.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600