Ermənistanda hərbçi ölümünə görə 4 kursant tutuldu

media-hightechnic-468x90

8635İrəvanda kurs yoldaşını qrup şəklində təhqir edərək öldürülən hərbi akademiyada 30 nəfər işindən azad edilib.
Yenicag.az anspress-ə istinadən bildirir ki, bu barədə Ermənistan müdafiə naziri Seyran Ohanyan parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, cinayətlə əlaqədar 4 nəfər həbs edilib, akademiyanın direktoru işdən çıxarılıb. Akademiyada çalışan 30 nəfər isə yenidən hərbi xidmətə göndəriləcək.

Erməni əsgər Haykaz Barseqyan İrəvandakı təlim hərbi hissələrinin birinin idman meydançasında ölü tapılmışdı. Öncə Barseqyanın intihar etdiyi düşünülürdü. O, turnikdən asılmış vəziyyətdə aşkar edilmişdi. Ancaq istintaq onun bir qrup əsgər yoldaşı tərəfindən öldürüldüyünü müəyyən edib. Belə ki, Vaçe Saakyan, Movses Azaryan, Qnel Tevosyan və Norik Saakyan öz kurs yoldaşları Haykaz Barseqyanı öldürməkdə günahkar bilinirlər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600