Ermənistanda hərbi komissar qətlə yetirildi

media-hightechnic-468x90

Ermenistan-Irevan-Xezerinfo_azErmənistanın Tavuş vilayətinin Berd rayonunun hərbi komissarı Derenik Papyan güllələnib.

media-banner_tuq

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə Movses kəndində baş verib.

Ermənistan polisinə xəstəxanaya Berd rayonunun hərbi komissarı, 49 yaşlı Derenik Papyanın meyitinin daxil olması barədə məlumat verilib.

Hadisə yerinə gedən əməliyyatçı qrup müəyyənləşdirib ki, axşam saatlarında hərbi komissarla 41 yaşlı Artur M. arasında mübahisə baş verib və o, 16 mm kalibrli ov silahı ilə D.Papyanı güllələyib. Nəticədə hərbi komissar ölüb. Qətli törədən şəxs polis tərəfindən saxlanılıb, cinayətin törədildiyi silah götürülüb.

Faktla bağlı məhkəmə-tibbi ekspertizası təyin edilib, istintaq aparılır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05