Ermənistanda hərbi qaydalar daha da sərtləşdirildi

media-hightechnic-468x90

Ermənistan hökuməti “Hərbi vəziyyətin hüquqi rejimi haqqında” qanuna dəyişikliklər edilməsi barədə qərar qəbul edib.

Yenicag.az xəbər verir ki, bu barədə ölkə hökumətinin rəsmi saytında bildirilib.

Dəyişikliklərə əsasən, Ermənistanda ölkədə qüvvədə olan hərbi vəziyyət rejiminin şərtləri sərtləşdirilib.

Qərara əsasən, məmurların şübhə doğuran təşviqat aparması, ölkənin müdafiə qabiliyyətini tənqid, inkar etməsi və müvafiq materialların yayımlanması qadağandır.

Qaydalara riayət olunmasına Ermənistan polisi nəzarət edəcək. Hüquq-mühafizə orqanlarının əməkdaşlarına çap avadanlığı, radio və audio yayım avadanlığı və surətçıxarma maşınlarını müvəqqəti olaraq müsadirə etmək və ya üzərinə həbs qərarı qoymaq hüququ verilir.

Bu qərar dərc edildikdən sonra qüvvəyə minir.

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600