Ermənistanda katolikos II Qareginin qardaşı saxlanıldı

media-hightechnic-468x90

Bütün ermənilərin katolikosu II Qareginin qardaşı Gevorq Nersisyan və onun oğlu Ambarsum Nersisyan saxlanılıb.

media-banner_tuq

Yenicag.az-ın məlumatına görə, bu barədə vəkil Ara Zöhrabyan bildirib.

Vəkilin sözlərinə görə, onların hər ikisi xuliqanlıq və seçki kampaniyasına mane olmaqda ittiham edilirlər. A.Zöhrabyan sosial şəbəkə hesabında yazıb ki, istintaq orqanları onların tutulması və həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə gətirilməsi barədə qərar qəbul edib,

Həbslərə “Respublika” Partiyasından yerli özünüidarəetmə seçkilərində namizəd olan Arutyun Mkrtçyanın feysbukdakı paylaşımı səbəb olub. A.Mkrtçyan bildirib ki, 1 noyabrda katolikosun qardaşı Gevorq Nersisyan oğulları ilə birlikdə onun seçki kampaniyasına mane olub./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05