Ermənistanda Kremlə nifrət BÖYÜYÜR – Rusiyaya qarşı SƏSSİZ İNQİLAB

media-hightechnic-468x90

“Verilən qərar Ermənistan tərəfindən sadəcə ölkənin təhlükəsizliyi ilə bağlı atılmış addım kimi qiymətləndirilir”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

Politoloq bildirib ki, Ermənistan sanki rusları öz ərazisinə buraxmamaq üçün bəhanə axtarır.

“Ancaq bu siyasət məqsədyönlü şəkildə həyata keçirilir. Yəni, əslində, proseslərin pərdəarxasında başqa səbəblər də var. Ermənistan tərəfi ilə danışsaq əsas problemi onların yaratdığını dilə gətirərlər. Verdikləri qərarı bununla əsaslandırırlar”.

“Məqsəd Ermənistanın mümkün qədər Rusiyadan uzaqlaşmasıdır. Çünki hazırki Ermənistan hakimiyyəti daha çox Qərblə əlaqələr qurmaqda maraqlıdır. Hətta Ermənistan daxilində elə qüvvələr var ki, onlar, rusların burada olmasının ölkəni daha ciddi böhranlara sürüklədiyini hesab edirlər. Hətta Qaragen, Karapetyan hadisəsində də ermənilər Rusiyanı ittiham edirlər.  Bir sözlə, verilən qərar Ermənistan tərəfindən sadəcə ölkənin təhlükəsizliyi ilə bağlı atılmış addım kimi qiymətləndirilir”, – deyə o, fikirlərini tamamlayıb.

Nəsimi Ələsgərli

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600