Ermənistanda kütləvi həbslər başladı

media-hightechnic-468x90

Ermənistanda maddi maraq qarşılığında arxiyepiskop Baqrat Qalstanyanın rəhbəri olduğu “Vətən Uğrunda Tavuş” hərəkatının mitinqlərinə cəlb etməkdə şübhəli bilinən 11 nəfərdən ikisinə qarşı cinayət işi qaldırılıb.

Yenicag.az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bu barədə adıçəkilən ölkənin İstintaq Komitəsi məlumat yayıb.

İlkin araşdırma zamanı onların mitinqə çağırdığı şəxslərin hər birinə 10-30 ABŞ dolları arasında pul vəsaitləri verdiyi ortaya çıxıb.

Qeyd olunub ki, hazırda faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

media-ziraat-728x90

Ermənistanda kütləvi həbslər başladı

media-hightechnic-468x90

82903Gümrüdə Avetisyanlar ailəsinin yeddi üzvünü qətlə yetirməkdə şübhəli bilinən rus əsgərin Ermənistan hüquq-mühafizə strukturlarına verilməsi tələbilə aksiyada iştirak edənlər arasında həbslər başlanıb.

Yenicag.az xəbər verir ki, cümə axşamına keçən gecə minlərlə etiraz aksiyası iştirakçılarından biri, Sarnaxbyur kəndinin 22 yaşlı sakini Mnatsakan Aleksanyan, çağırış vərəqəsi göndərilmədən, polis şöbəsinə çağırılıb, bir neçə saat saxlanıldıqdan sonra ibtidai istintaq təcridxanasına yerləşdirilib.

Yerli kütləvi informasiya vasitələrinə bu barədə məlumat verən Aleksanyanın qohumları onun ifadə verməkdən imtina etdiyini bildiriblər. Gümrü “Asparez” jurnalistlər klubunun rəhbəri Levon Barseğyan bu həbslərin şəhərdə ictimai gərginliyin daha artmasına səbəb olacağını bildirir.

Yanvarın 15-də Avetisyan ailəsinin altı üzvünün dəfn mərasimindən sonra minlərlə Gümrü sakini Ermənistan ərazisində cinayət törətməkdə ittiham olunan Gümridə yerləşən 102 saylı Rusiya hərbi bazasının əsgəri Valeri Permyakovun bazanın ərazisində saxlanılmasına qarşı və Ermənistan ədliyyə organlarına təhvil vermək tələbilə Şirak vilayət prokurorluğu önündə etiraz aksiyasına toplaşmışdı.

Yerli və mərkəzi Ermənistan hakimiyyətinin fəaliyyətsizliyindən hiddətlənən yüzlərlə aksiya iştirakçısı Rusiya hərbi bazası və şəhərdə Rusiya konsulluğu istiqamətində yürüş başlayıb, lakin gücləndirilmiş polis cərgəlirilə rastlaşıb. Toqquşma nəticəsində 20-yə yaxın adam, o cümlədən polis əməkdaşları xəsarət alıb.

Barseğyan öz Facebook səhifəsində iğtişaşların polis tərəfindən təhrik edildiyini yazıb. Ermənistan Baş prokurorluğu baş prokuror Gevorq Kostanyanın Avetisyan ailəsi üzvlərinin qətlə yetirilməsi faktı üzrə cinayət işinin icrasını Ermənistan hüquq-mühafizə orqanlarına verilməsi vəsatətilə Rusiya baş prokuroru Yuri Çaykaya müraciət etdiyini bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600