Ermənistanda “Lələtəpə işi” QALMAQALI BÖYÜYÜR – Ohanyanın oğlunun da ADI VAR

media-hightechnic-468x90

 

2020-ci il müharibəsi zamanı Ermənistan ordusunun Lələtəpə yüksəkliklərində keçirdiyi əməliyyatla bağlı cinayət işinə dair yeni məlumatlar yayılıb.

Yenicag.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, müdafiə tərəfinin açıqlamasında qeyd olunub ki, hərbi hissə və onun şəxsi heyəti heç vaxt əmrlərdən imtina etməyib və üzərinə düşən tapşırıqları mövcud imkanlar çərçivəsində yerinə yetirib.

Mayın 14-də Ermənistan Baş Prokurorluğu məlumat yayaraq, Lələtəpə istiqamətindəki əməliyyatın uğursuzluğuna görə bir hərbi hissə komandiri və iki tabor komandiri barəsində ictimai cinayət təqibi başladıldığını bildirib. Yerli media isə həmin komandirlərdən birinin sabiq müdafiə naziri Seyran Ohanyanın oğlu Artur Ohanyan olduğunu iddia edir.

Müdafiə tərəfi bildirir ki, əməliyyatdan cəmi bir saat əvvəl verilən döyüş tapşırığına uyğun olaraq hərbi hissə əmri yerinə yetirib və ciddi itkilərin qarşısı alınıb.

Həmçinin yayılan video material və süjetlərin birtərəfli olduğu, cinayət işinin detalları ilə manipulyasiya edildiyi vurğulanır. Müdafiəçilər qeyd edirlər ki, təqdim olunan görüntülər və ifadələr hərbiçilərin nüfuzuna xələl gətirmək məqsədi daşıyır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600