!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistandakı etirazların kökündə dayanan MƏQSƏD: İrəvanda bu variant işə salındı

!Reklam – Yazi

“Paşinyan yaxşı anlayır ki, sülh prosesini inkişaf etdirməmək, yayınmaq onun üçün başqa fəsadlar verə bilər”.

Bunu Yenicag.az-a açıqlamasında Ermənistanda baş verən aksiyaların sülh prosesinə təsirindən danışan politoloq Rəfail Becanov deyib.

Onun sözlərinə görə, sülhə doğru addımlar atıldıqca, Ermənistanda daxili gərginliyin artması gözlənilən idi.

“İndi həmin proses gedir. Revanşistlər və onların havadarları sülh prosesini müxtəlif variantlarla yubatmağa cəhd göstərirlər. Keşişlər, kilsəni oyunlarına alət etməklə, “B” varinatını işə salıblar. Bunun arxasında kilsənin əli ilə sülhü əngəlləmək, daxili iğtişaşlarla dəyişikliklərə nail olmaq və yenidən hakimiyyətə gəlmək istəyi dayanır.

Təbii ki, baş verənlər sülh prosesinə maneədir. Ermənistanın baş naziri Nikol Paşinyan tez və konkret addımlar atmağa qorxur, manipulyativ hərəkətlərlə manevr etməyə çalışır. Məqsədi etirazçıları neytrallaşdırmaqdır. Əslində, Paşinyan yaxşı anlayır ki, sülh prosesini inkişaf etdirməmək, yayınmaq onun üçün başqa fəsadlar verə bilər.

Etirazçılar da bunu bilir. Onları Paşinyanı devirib, hakimiyyətə gəlsələr belə, yenə sülh ssenarisini davam etdirəcəklər. Sadəcə, yaranmış fürsətdən istifadə edib hakimiyyətə gəlmək istəyirlər. Yəni etirazların kökündə dayanan hakimiyyət hərisliyidir” – deyə politoloq bildirib.

Siyasi şərhçi qeyd edib ki, sadəcə, zamanı uzatmaq, mümkün olsa, bu fikirlərin, etirazların fonunda hakimiyyətə gəlmək istəyirlər:

“Tutaq ki, revanşistlər və yaxud kilsə təmsilçiləri hakimiyyətə gəldilər, nə edəcəklər? Sülh prosesindən imtina edəcəklər, ya yenidən torpaq iddiası qaldıracaqlar? Təbii ki, bunların heç birini etmək iqtidarında deyillər. Keşiş Baqrat kimdir ki? Fırıldaqçının biri. Ondan obraz yaradıb, öz məqsədlərini həyata keçirmək istəyənlər var. Bu qüvvələrin də arxasında revanşistlər, onların xarici dəstəkçiləri dayanır.

Ermənistan Rusiyadan uzaqlaşır. Azərbaycanla sülh bağlandıqdan sonra bu proses daha da sürətli olacaq. Ona görə də hələ vəziyyəti belə saxlamağa çalışanlar, mümkün qədər prosesin uzanamasına nail olmaq istəyi var. Amma bunun mümkün olacağını ehtimal etmirəm. Çünki sülh də, danışıqlar da müəyyən bir zamanda bitməlidir”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

247
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv