“Ermənistanın Rusiya ilə yaxınlaşmaq yolunda kəskin dönüş edir”.
Bu sözləri Yenicag.az-a Paşinyanın “Zəngəzur dəhlizinə Rusiya nəzarət edə bilər” fikrinə münasibət bildirən politoloq Qabil Hüseynli deyib.
Qabil Hüseynlinin sözlərinə görə, Ermənistan ikili oynamağa davam edir.
“Son zamanlar Rusiya ilə Ermənistan arasında münasibətlər düzəlməkdədir. Rusiya həm qazı, həm nefti ucuz satmağa başlayıb. Bundan əlavə, ticarət dövriyyələri fantastik həddə çatıb”, – deyə o qeyd edib.
Politoloq əlavə edib ki, Ermənistan onun sərhədlərini, xüsusilə Türkiyə və İran arasındakı sərhədləri Rusiyanın qoruya bilməsinə razılaşır.
“Baş verənlər Ermənistanın Rusiya ilə yaxınlaşmaq yolunda kəskin dönüşüdür. Ona görə də, Ermənistanla Rusiya arasında yaxınlaşma gedir və bu müəyyən həddə gedə bilər. Nəticə etibarı ilə Paşinyanın Rusiya əleyhinə söylədikləri də boşa çıxa bilər”, – deyə o bildirib.
Səxavət Məmməd
www.yenicag.az