!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın absurd siyasətinin məntiqli nəticələri

!Reklam – Yazi

avqust tarixində bir sıra Ermənistan KİV-də bu ölkənin Müdafiə nazirinin – David Tonoyanın dövlət sərhədinin cənub-qərb istiqamətinə səfəri haqqında məlumat yayılıb. Məlumatda deyilir ki, “nazir ərazi ilə tanış olub, müvafiq göstərişlər verib və “yaxınlarda yeni təşkil olunmuş döyüş mövqeyi” ilə tanış olub”.

Həqiqətən, boş yerə sensasiya yaratmaq əsl erməni Müdafiə Nazirliyinin işidir.

Belə ki, sözügedən “yeni təşkil olunmuş döyüş mövqeyi”nin təşkili özündə müəyyən mühəndis-texniki işlərinin görülməsindən başqa bir şey deyil. Misal üçün, Azərbaycan Ordusunda bu kimi döyüş mövqelərinin təşkili qoşunlar qarşısında qoyulmuş tapşırıqlardan biridir.

Döyüş mövqeyi dedikdə, müdafiədə və hücumda düşmənə atəşlə zərərvurmanın effektivliyini maksimal dərəcədə artırmaq məqsədilə, atəş vasitələrinin (pulemyot, tank, artilleriya qurğusu və s.) yerləşdirilməsi üçün hazırlanmış ərazi sahəsi başa düşülür. Başqa sözlə, işğalçı ölkənin Müdafiə nazirinin səfəri Naxçıvan istiqamətində yerləşən bölmələrin birində aparılmış işlərin keyfiyyətinə əmin olmaq üçün edilib?

Əlbəttə yox, çünki erməni mediasının dediyinə görə, səfərin əsas məqsədi məhz Naxçıvan ərazisində hazırda keçirilən Türkiyə-Azərbaycan birgə təlimlərinin gedişi ilə tanış olmaqdır. Maraqlısı odur ki, hər il keçirilən təlimlər Ermənistan ictimaiyyətində təşvişin yaranmasına məhz indi səbəb olub.

“Güc nümayişi”, “Pantürkizmin yenidən baş qaldırılması”, Ərdoğanın “Osmanlı İmperiyasının yenidən qurulması” kimi epitetlərilə müşahidə olunan təlimlərin yeganə və əsl həqiqi adı – erməni daşnaklarının törətdiyi cinayətlər, illər boyu terrorçuluq, etnik separatçılıq, milli ədavət və nifrət siyasətinin nəticələrinə görə yaxınlaşan ədalətli nəticədir.

Qorxuya düşən erməni hakimiyyəti daha kimləri cəlb etməyə çalışmır – gah Rusiyanı, gah Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını, gah da onlara həmişə dəstək verən Amerika (ABŞ) diasporunu. Lakin qeyri-ciddi siyasət aparan Nikol Paşinyan əl atdığı bütün vasitələrdən məhrum qaldı.

Siyasi dünyanın real qaydalarına illər boyu məhəl qoymayan Ermənistan hazırda şok həqiqətlə üz-üzə qalıb. Və qalmalıdır, çünki sivil cəmiyyətin sivil qaydaları istənilən ölkədən nəinki qonşu, hətta dünya ölkələri ilə qarşılıqlı hörmət, daxili işlərə qarışmama, etibarlılıq və sülh siyasətini yürütmək tələb edir.

Lakin sivil dövlətlər arasında öz yerini tapa bilməyən və bunu etiraf etmək istəməyən Ermənistan konstruktiv addımlar atmaq əvəzinə hansısa hərbi hissədə yeni döyüş mövqeyinin açılmasını seçir.

Yəqin Ermənistanın ümidi Azərbaycan və Türkiyə kimi iki qardaş ölkənin vahid, etibarlı və inamlı gücünə qarşı açılmış bu mövqeyə bağlıdır./Mediapost.az/

www.yenicag.az

664
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv