Ermənistanın məşhur mağazalar şəbəkəsində Azərbaycan malları SATILIR? - FOTO

media-hightechnic-468x90

Ermənistanın ən məşhur mağazalar şəbəkəsində Azərbaycan malları satıldığı iddia olunur.

Yenicag.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilir ki, Samvel Aleksanyanın ailəsinə məxsus “Yerevan City” supermarketlər şəbəkəsinin filiallarından birində Azərbaycan istehsalı olan paltar asılqanları satılır.

“Bununla bağlı supermarketlər şəbəkəsi açıqlama yayaraq digər brend məhsullar kimi asılqanların da dünyanın müxtəlif ölkələrindən gətirildiyini bildirib. Əlavə edilib ki, “Yerevan City”nin Bakı ilə heç bir əlaqəsi yoxdur”.

Qeyd edək ki, asılqanları istehsal edən şirkət Türkiyəyə məxsusdur.

Xuraman Etibarlı

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600