!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Erməniyə "qardaş" deyən "milli idmançımız" - Fotolar

!Reklam – Yazi

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan bayrağı altında çıxış edən xeyli əcnəbilərə rast gəldik.

Yenicag.az xəbər verir ki, Monqolustandan tutmuş Çinədək bizi təmsil edənlər oldu.

Milliləşdirilmiş legionerlər arasında fəxri kürsüyə yüksələnlər olsa da, bu məqam azərbaycanlı idmansevərlərin narazılığı ilə qarşılandı.

Ölkənin hər bölgəsində Olimpiya Kompleksi fəaliyyət göstərsə də, nədənsə vacib yarışlarda əcnəbilərə möhtac qalırıq. Həmin legionerlədən biri də rusiyalı Artyom Danilov idi.

Maraq üçün bildirək ki, Artyom Danilov Sankt-Peterburq şəhərində yaşayır. 1998-ci ildə adıçəkilən şəhərdə anadan olan üzgüçü, ölkəmizi I Avropa Oyunlarında da təmsil edib. Uğursuz çıxışı ilə yadda qalan Artyom, həmin vaxt 8-ci olsa da, bu dəfə İslamiadada 10 metr platforma növündə gümüş medal qazandı – özü də 3-4 idmançının mübarizə apardığı yarışda…

Bu da o deməkdir ki, Danilov qazandığı “gümüş”ə görə 80 min manat mükafat alıb. Əslində, bütün məbləğin ona çatacağı elə də inandırıcı deyil. Aydın məsələdir ki, legionerlərin milliləşdirilməsi siyasəti heç də hər zaman idmanın inkişafı üçün aparılmır. Bəzən bundan maddi maraq güdənlər də var ki, bu dəfə də Danilov üzərindən kimlərinsə arzusuna çatdığı istisna olunmur.

Əslində, Danilovun kimliyi ilə bağlı daha geniş araşdırmaya ehtiyac var idi. Ancaq təəssüflər olsun ki, Xanlar Fətiyevin rəhbərlik etdiyi Üzgüçülük Federasiyasının rəsmi saytı belə yoxdur. Bu durumda isə alternativ axtarışlara ehtiyac yarandı və qarşılaşdığımız mənzərə bizi heç də təəccübləndirmədi.

Sən demə, Azərbaycan bayrağı altında çıxış edən Artyom erməniyə “qardaş” deyənlərdən imiş. Üzgüçünün şəxsi “instagram” hesabına nəzər yetirərkən, qəlyana meyil edən, avara tipli bir gəncə rast gəldik. Əslində, milliyyəti rus olanın erməniyə “qardaş” deməsi normal haldır. Bəs bizimkilər, əsasən də federasiya prezidenti, eyni zamanda millət vəkili olan Xanlar Fətiyev hara baxır?

P.S. Artyom “instagram”da paylaşdığı şəklinə erməni üzgüçü Azat Harutunyan “zor şəkildi, qardaş” şərhini yazıb. Danilovun cavabı isə belə olub: “Sağ ol, qardaş”.

Emin Səfərov
Yenicag.az

COP29

www.yenicag.az

1410
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv