Ərsin Tatar rum tərəfini “terrorizm fəaliyyəti”ndə günahlandırdı

media-hightechnic-468x90

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Prezidenti Ərsin Tatar Cənubi Kipr Rum İdarəsinin (CKRİ) ŞKTC ərazisində əmlak alanlara qarşı həyata keçirdiyi həbsləri “terrorizm fəaliyyəti” adlandırıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, BMT Baş katibinin Kipr üzrə xüsusi nümayəndəsi Maria Ancela Holquin Suellar ilə görüşdən sonra çıxış edən Tatar rumların bu addımlarının danışıqlar prosesini zədələdiyini bildirib.

O qeyd edib ki, əmlak alan şəxslərə qarşı həbslər sona çatmadan üçtərəfli görüşlərdən nəticə gözləmək mümkün deyil.

Tatar həmçinin CKRİ-nin turizm və təhsil sahələrinə də əvvəlcə hücum etdiyini xatırladaraq: “Rum tərəfinin terror xarakterli hərəkətləri artaraq davam edir. Məqsəd bizi diz çökdürməkdir”, – deyə bildirib.

BMT nümayəndəsi isə açıqlamasında Tatarın narahatlıqlarını dinlədiyini, mülkiyyət məsələsində nəticə əldə etmək üçün iyul ayında Nyu-Yorkda keçirilməsi planlaşdırılan görüşə qədər səylərin davam edəcəyini bildirib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05