Əsəd müxaliflərin üzərinə “çəllək” yağdırdı

media-hightechnic-468x90

img1627634Suriya ordusu müxaliflərin nəzarət etdiyi bölgələri bombalayıb.

Suriya ordusunun döyüş təyyarələrinin İdlib şəhərinə endirdiyi hava zərbələri nəticəsində azı 30 nəfər ölüb, onlarla şəxs yaralanıb.

Müxaliflər Suriya ordusunun yaşayış məntəqələrinə çəllək bombaları atdığını və ölənlərin əksəriyyətinin uşaqlar olduğunu bildiriblər.

Suriya ordusu paytaxt Dəməşq yaxınlığında müxaliflərin ələ keçirdiyi Cobar bölgəsinə də hücumlar ediblər. Müxaliflər gün ərzində Cobar bölgəsinə 60-dan çox çəllək bombası atıldığını açıqlayıblar.

Suriya ordusunun bölgəyə hücumlarını intensivləşdirməsi əhalinin sürətlə Cobarı tərk etməsinə səbəb olub.

Müxaliflər verdikləri itkiləri açıqlamasalarda Suriya ordusuna məxsus 3 tank və bir zirehli maşının məhv etdiyini bildiriblər. (ans)

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa