Əsəd rejiminin devrilməsindən sonra Suriyaya dönənlərin sayı AÇIQLANDI – RƏQƏMLƏR

media-hightechnic-468x90

Birləşmiş Millətlər Təşkilatı (BMT) Əsəd rejiminin devrilməsindən sonra 1,5 milyon suriyalının vətənlərinə geri döndüyünü açıqlayıb.

media-banner_tuq

Yenicag.az “Haber Global”ə istinadən xəbər verir ki, BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (UNOCHA) Əməliyyatlar və Müdafiə Birliyinin direktoru Edem Vosornu Qaziantepdən Cenevrədə keçirilən həftəlik mətbuat konfransına onlayn qoşularaq Suriyadakı son vəziyyətlə bağlı məlumat verib.

Vosornu bildirib ki, 2024-cü il dekabrın 8-də Bəşər Əsəd rejiminin devrilməsindən sonra ölkə daxilində məcburi köçkün vəziyyətində olan və qonşu ölkələrdə yaşayan 1,5 milyondan çox suriyalı öz yaşadıqları yerlərə geri dönüb.

Hadisələr Suriyanın stabilizasiyası istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Göycə Göycəyev

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05