Eskişehirdə Azərbaycan Xalq Cümhuriyyətinin 108-ci ildönümü təntənə ilə qeyd olunub
28 May – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 108-ci ildönümü münasibətilə təşkil olunan bayram proqramıyüksək əhval-ruhiyyə və böyük coşqu şəraitində uğurla başa çatdı.
Yenicag.az xəbər verir ki, Eskişehir Azərbaycanlılar Dərnəyi tərəfindən təşkil edilən tədbirdə Azərbaycanın müstəqillik ruhu, milli dəyərləri vəqardaşlıq bağları bir daha vurğulandı. İştirakçılar gün ərzindəhəm mənalı, həm də unudulmaz anlar yaşadılar.
Eskişehir Azərbaycanlılar Dərnəyi tərəfindən verilənaçıqlamada tədbirdə iştirak edən bütün qonaqlara, dəstəkgöstərən sponsorlara və təşkilatçılıqda əməyi keçən hər kəsətəşəkkür bildirildi.
Tədbir çərçivəsində dövr sonu qiymətləndirmə sisteminin nəticələri də elan olundu. İl ərzində fəal iştirak edən vədərnəyin fəaliyyətinə töhfə verən üzvlər arasında ilk 10-luqda yer alan şəxslər aşağıdakılardır:
Liderlik Cədvəli
İlk 10-luqda yer alan iştirakçılar təbrik olunub, dərnəkrəhbərliyi isə fəaliyyətlərə töhfə verən hər kəsə təşəkkürünübildirərək birlik, həmrəylik və qardaşlıq mesajı verib.
Eskişehir Azərbaycanlılar Dərnəyi gələcək fəaliyyətlərində dəAzərbaycan mədəniyyətinin, tarixinin və milli dəyərlərininyaşadılması istiqamətində tədbirlərini davam etdirəcəyinibildirib.














