!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Esra Erol evlilik proqramını bağlayır

!Reklam – Yazi

78104_6pvrvnt5k6Aparıcı Esra Erol son dövrlərdə yaşanan skandalların ardından evlilik proqramını dayandıra biləcəyini deyib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 2007-ci ildən bəri fərqli telekanallarda evlilik proqramları təqdim edən aparıcı bu tip verilişlərin çoxluğundan narahat olduğunu ifadə edərək deyib:

“Heç zaman təkbaşıma hərəkət etməmişəm. Tək olsaydım, verilişi tərk edərdim. Amma mənimlə birlikdə işləyən 60 nəfəri nəzərə alanda diqqətli olmaq lazımdır”.

Esra evlilik proqramını başqa formatda bir verilişlə əvəz oluna biləcəyi haqda ilk ipuclarını verib:

“Mən televiziya obrazıyam. Bu gün bu proqram bitər, sabah başqa formatla qarşınıza çıxa bilərəm”.

Qeyd edək ki, son zamanlar evlilik proqramı aparıcıları Seda Sayan və Zuhal Topal arasında mübahisələr böyümüş, Esra Erol də bu qarşıdurmaya qatılmışdı. Bütün bunlardan bezdiyini deyən Esra proqramı hər an bağlaya biləcəyini demişdi. Eyni zamanda Türkiyənin Ali Televiziya Qurumun olan RTÜK evlilik proqramları ilə bağlı araşdırmalarını yekunlaşdırdıqdan sonra sərt qərarlarını açıqlayacaq. İddiaya görə, bu tip proqramlar tamamilə bağlanacaq. Çünki son zamanlar sərt mövqeyi ilə seçilən bir neçə gün əvvəl erotikanı təbliğ etdiyi üçün 17 telekanalı bağlamışdı. Eləcə də açıq-saçıq səhnələrlə olan klipləri yayımladığı üçün telekanallar tez-tez cərimə olunurlar.

www.yenicag.az

608
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv