Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

"Əsrin müqaviləsi" Heydər Əliyevin əməyinin bəhrəsidir" - BP-nin prezidenti

“Əsrin müqaviləsi” Heydər Əliyevin əməyinin bəhrəsidir. Yeni həyat məhz o dövrdən başladı”.

Yenicag.az xəbər verir ki, bunu bu gün “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması ilə əlaqədar keçirilən mərasimdə BP prezidenti Robert Dadli bildirib.

R. Dadli deyib ki, bu, tərəfdaşlığın yeni səhifəsini açacaq:

“Biz saziş çərçivəsində 40 milyard dollardan çox sərmayə qoyaraq əməkdaşlığımıza davam edəcəyik. Biz bu günlərdə böyük əhəmiyyət daşıyan “Xankəndi” gəmisini istismara verdik. Bizim Azərbaycan qarşısındakı öhdəliklərimiz nəhəng platformalarla, gəmilərlə bitmir. Biz təhsilə də dəstək verir, bu sahədə layihələr həyata keçiririk. Eyni zamanda regionlarda biznesə dəstək verməklə icmaların inkişafını dəstəkləyirik. Biz Azərbaycan Milli Olimpiya və Paralimpiya komitələrinə dəstək verir. Bizim əməkdaşlıq uğurla davam edəcək”.

www.yenicag.az

1554
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM