!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Etibarlı beynəlxalq tərəfdaş: “Azərbaycanın əhəmiyyətini görməzdən gəlmək mümkünsüzdür”

!Reklam – Yazi

“Sadalanan amillər nəzərə alındıqda həmin tədbirin Azərbaycan və dünya üçün əhəmiyyətini görməzdən gəlmək mümkünsüzdür”.

Bunu Yenicag.az-a açıqlamasında qlobal problem sayılan iqlim mövzusu üzrə beynəlxalq əhəmiyyətli COP29 tədbirinin Azərbaycanda keçirilməsinin ölkənin beynəlxalq nüfuzuna müsbət təsirindən danışan politoloq Əlabbas Məhərrəmli deyib.


Onun sözlərinə görə, bu tədbir miqyasına görə Azərbaycanda kecirilən ən böyük beynəlxalq tədbir olacaq.

“Bir çox dünya dövlətləri liderlərinin və rəsmilərinin həmin tədbirdə iştirakı gözlənilir. Eyni zamanda, paytaxtımız kifayət qədər xarici qonağa öz qapılarını açacaq. Bu, ilk öncə ölkəmizdə sosial sabitliyin və təhlükəsizliyin hansı səviyyədə olduğunun göstəricisidir, – deyə o əlavə edib.

Politoloq vurğulayıb ki, Azərbaycan torpaqlarını düşmən işğalından qurtararaq suverenliyini və ərazi bütövlüyünü bərpa edən ölkədir.

“Bu mənada, beynəlxalq miqyasda nüfuzunun artması və geosiyasi arenada etibarlı tərəfdaş kimi əməkdaşlarının çoxalmasında COP29-un əhəmiyyətli rolu var.

Həmçinin istər dünyada, istərsə də regionda sülh və sabitliyin təmin olunması, əlavə olaraq münaqişələrin həlli üçün sözügedən tədbiri fürsət kimi qiymətləndirmək vacibdir.

Rəsmi Bakı münaqişə yaşayan ölkələrin masa ətrafında oturmalarını təşkil edə bilər. Rusiya-Ukrayna, İsrail-Fələstin, həmçinin Ermənistanın sülhə razı olması kimi məsələlərdə COP29 çərvçivəsində müzakirənin təşkil olunması mütləqdir. Sadalanan amillər nəzərə alındıqda həmin tədbirin Azərbaycan və dünya üçün əhəmiyyətini görməzdən gəlmək mümkünsüzdür”, – deyə o, bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

285
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv