Koronavirus pandemiyası insanların həyatına nə qədər mənfi təsir etmiş olsa da, bir sıra durumlarda COVİD-19-un insanların işinə yaradığı da aydındır.
Yenicag.az xəbər verir ki, belə hallardan biri də evdən işləməkdir.
“YouGov” şirkətinin pandemiya dönəmində apardığı sorğuya əsasən hər 10 nəfərdən biri onlayn toplantılarda şalvar geyinmədiyini etiraf edib.
Otter.ai şirkətinin həyata keçirdiyi sorğuda isə başqa bir məqam ortaya çıxıb. Belə ki, evdən işləmək müxtəlif şəxslərə fərqli şəkildə təsir edirmiş.
Sorğu nəticəsində aydın olub ki, insanların 14 faizi tam iş rejimində ofisdən işləmək istəyir, 20 faiz isə daha çox yata bilmələri üçün evdən işləməyin daha sərfəli olduğu qənaətindədir.
Yerdə qalan iştirakçılar isə yaxın gələcəkdə ofis və evdən işləmək arasında müəyyən tarazlığın qurulmasının və həftənin müəyyən günləri ofisdə, digər günləri isə evdə işləməyin daha yaxşı olacağını qeyd ediblər.
Sorğuya qatılanların 43 faizi isə ofis ortamında ən çox darıxdıqları şeyin ümumi iş yeri söhbətləri olduğunu bildirib.
www.yenicag.az