Evə silahlı basqın: ana və qızı bıçaqlandı

media-hightechnic-468x90

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yaşayış evlərindən birinə naməlum şəxs tərəfindən silahlı basqın olub.

Yenicag.az Report-a istinadn xbr verir ki, hadisə Gündüz Abdullayev küçəsi, ev 5A ünvanında qeydə alınıb.

Həmin vaxt mənzildə olan 1988-ci il təvəllüdlü Vüsalə Qəribbala qızı Həşimova və onun 2013-cü il təvəddüdlü qızı Zəhra Elman qızı Həşimova naməlum şəxsin hücumuna məruz qalıb. Maskalı şəxs evə girərək bıçaqla qadına və qıza müxtəlif dərəcəli xəsarətlər yetirib. Yaralılar qışqırığa gələn qonşuların köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin kim tərəfindən törədildiyi hələ ki, məlum deyil. İlkin ehtimala görə, basqın oğurluq məqsədi ilə törədilib.

Faktla bağlı araşdırma aparılır.

 

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa