Kahramanmaraşda məktəbə silahlı hücum nəticəsində ölənlərin sayı artdı - YENİLƏNDİ

media-hightechnic-468x90

Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücum nəticəsində ölənlərin sayı 10-a çatıb.

media-banner_tkm

Yenicag.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Məlumatda bildirilib ki, xəstəxanada bütün müdaxilələrə baxmayaraq, məktəbə təşkil olunan hücumda yaralanan Yusuf Tarık Gülün həyatını xilas etmək mümkün olmayıb. Bununla da insident nəticəsində ölənlərin sayı 10-a yüksəlib.

Xatırladaq ki, aprelin 15-də Kahramanmaraş şəhərində məktəbə silahlı hücum nəticəsində ölənlərdən biri müəllim, digərləri isə şagirdlərdir.

***

Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

Yenicag.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi açıqlayıb.

“Məktəbə hücumda ölənlərin sayı 9-a çatıb, onlardan biri müəllim, doqquzu şagirddir”, – o bildirib.

Mustafa Çiftçi qeyd edib ki, 13 nəfər yaralanıb, onlardan altısının vəziyyəti ağırdır.

***

Türkiyənin Kahramanmaraş şəhərindəki məktəblərin birinə silahlı hücum nəticəsində 4 nəfər ölüb, 20-si yaralanıb.

Yenicag.az xəbər verir ki, bu barədə şəhər valisi Mükerrem Ünlüer məlumat verib.

Onun sözlərinə görə, ölənlərdən biri müəllim, üçü şagirddir.

Silahlı hücumu 8-ci sinif şagirdinin törətdiyi bildirilir.

***

Türkiyənin Kahramanmaraş şəhərindəki məktəblərin birinə silahlı hücum nəticəsində ölən və yaralananlar var.

Yenicag.az xəbər verir ki, bu barədə şəhər valisi Mükerrem Ünlüer məlumat verib.

Onun sözlərinə görə, hadisə nəticəsində hələlik 6 yaralı və bir ölü məlumdur.

***

Türkiyənin Kahramanmaraş şəhərindəki məktəblərin birinə silahlı hücum olub.

Yenicag.az xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində 6 nəfər yaralanıb.

Əraziyə çox sayda polis və təcili tibbi yardım briqadaları göndərilib.

Qeyd edək ki, dünən də Türkiyənin Şanlıurfa şəhərindəki liseylərin birinə hücum olmuş, 16 nəfər yaralanmışdı./report/

media-tfhrj10adiywzkjkf0r2lvfqrybubkywvranqdsr_1200

media-svmvtlouobjbifvxoj077iccbnyqyaxq5otyteys_1200-1

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05