Məktəbdə qətliam törədən şagirdin atası həbs edildi

media-hightechnic-468x90

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə qətliam törədən şagirdin atası məhkəmə qərarı ilə həbs olunub.

media-banner_tuq

Yenicag.az xəbər veri ki, Oxu.Az bu barədə “Demirören” agentliyinə istinadən xəbər verib. Bu barədə Təhlükəsizlik Baş İdarəsi məlumat yayıb.

Daha əvvəl dəhşətli əməli həyata keçirən məktəblinin atasının saxlanıldığı barədə açıqlama verilmişdi.

“Həbs edilən şəxsin evində və avtomobilində axtarışlar zamanı tapılan rəqəmsal materiallar müsadirə olunub və araşdırılır. Cinayət yeri araşdırmaları başa çatıb və kamera qeydləri də daxil olmaqla bütün sübutlar diqqətlə qiymətləndirilir. İlkin məlumatlara əsasən, hadisənin terror aktı olmasına dair heç bir əlamət yoxdur. Bunun fərdi hücum olduğu düşünülür”, – deyə idarədən bildirilib.

Dəhşətli hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Xatırladaq ki, dünən Kahramanmaraşda 8-ci sinif şagirdi məktəbə silahlı hücum edərək bir müəllimi və səkkiz şagirdi qətlə yetirib.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05