Reklam

Reklam

Müğənni Nazim Pişyari şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.

Yenicag.az-a danışan müğənni gözəl qadınlara qarşı biganə olmadığını, lakin onların sevgisindən sui-istifadə etmədiyini deyib:

“Kişiyəm, göz yaranıb baxmağa. Bir də görürsən qarşımdan gözəl bir qadın keçdi, baxıram. Ürəyimdə deyirəm, Allah saxlasın. Amma bu hiss içimdə qalır. Sosial şəbəkədə də yazıb, sevgisini bildirənlər olur. Buna normal yanaşıram. Hər bir insan azaddır. Amma mən heç vaxt qadınların sevgisindən sui-istifadə etməmişəm. Hər halda, evli kişiyə kənar sevgiləri yaraşdırmıram. Sevgi elə hissdir ki, üç-beş ildən sonra bitib gedir. Sonra başına döyürsən ki, ayə, mən nə iş gördüm. Kişinin nə qədər sevgilisi olsa da, ailəsinin yanına qayıdır. Ailə qapalı bir dünyadır. Başqasıın ailəsini dağıdıb, onun xoşbəxtliyi üzərində ailə qurmaq böyük bir günahdır. İkincisi də başqasının bədbəxtliyi üzərində xoşbəxt ola bilməzsən. Üçüncüsü də, ömrü boyu buna görə əzab içində yaşayacaqsan”.

Cəvahir
Foto: Cəmalə

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 5737
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.