Əvvəlcə qadına yardım edib, sonra qarət etdilər

media-hightechnic-468x90

74487Bakıda qadına kömək məqsədilə yanaşan kişilər sonradan onu qarət ediblər.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, martın 6-da günorta saatlarında “Nissan-Tida” markalı avtomobilin mühərrikində yaranan nasazlığa görə Füzuli küçəsində dayanan Bakı şəhər sakini Ülviyyə Təhməzovaya iki kişi kömək məqsədilə yaxınlaşıblar. Onlar qadının başını qatıblar və onun 70 manatını və mobil telefonunu oğurlayıblar.

Şikayət daxil olandan sonra Nəsimi rayon Polis İdarəsi 21-ci polis bölməsi əməkdaşları əməliyyat keçiriblər Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Taleh Arif oğlu Xaliqov və 1992-ci il təvəlüldü Ülvi Rafik oğlu Hənifəyev müəyyən olunaraq tutulublar.

Şübhəli şəxslərdən Ü.Hənifəyevdən üzərindən 2.307 qram tiryək aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600