Əvvəlki illərin məzunları üçün imtahanların vaxtı açıqlandı

media-hightechnic-468x90

Əvvəlki illərin məzunları üçün buraxılış və qəbul imtahanlarının vaxtı açıqlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, 14 aprel 2024-cü il tarixində aşağıdakı imtahanlar keçiriləcək:

– Əvvəlki illərin məzunları üçün I, II, III və IV qruplar üzrə qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik bazadan kolleclərə qəbul imtahanı

– Ali təhsil müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil və ya fərqli bölmə üzrə iştirak etmək istəyən XI sinif şagirdləri üçün əlavə imtahan

– Eksternat qaydasında buraxılış imtahanı

5 may 2024-cü il tarixində isə aşağıda qeyd olunan imtahanlar keçiriləcək:

– Əvvəlki illərin məzunları üçün 9 illik bazada kolleclərə qəbul imtahanı

– Kolleclərin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil və ya fərqli bölmə üzrə iştirak etmək istəyən IX sinif şagirdləri üçün əlavə imtahan

– Eksternat qaydasında buraxılış imtahanı

Qeyd olunub ki, DİM tərəfindən keçiriləcək digər imtahanların qrafiki 2024-cü ilin yanvar ayı ərzində paylaşılacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600