Reklam

Reklam

Uzun illər idi ki, fikir bazarımızda boşluq idi.

“Azərbaycanlılar” kimliyi yenidən müzakirə müstəvimiz oldu.

Nədən?

Ölkənin içində bir sürü dəstə var ki, bu dəstələr xüsusi idarəedici funksiyalara bağıdırlar.
Onlar sadəcə düymələrə basıldıqda görünməyə başlarlar. Arif Rəhimzadə kimi…

“Düymə”lər basıldıqda onların ifadə etdikləri fikirləri “oxumaq”dan daha çox arxa planlarda görünməyənlərin nə istədiklərini anlamaq gərəkir. “Düymə”yə basanlar istəklərinə baxsaq,

O zaman

“Azərbaycan kimi coğrafi bir məkandan və kimlik olaraq azərbaycanlılardan nə istənilir”, sualına cavab axtarmalıyıq.

Rusiya Azərbaycana Qafqaz olaraq baxar. Qafqazlarda baş verənləri tam olaraq anlamağa çalışsaq, o zaman “ikinci İsrail” və ya Rus geosiyasətinin İsrail modelli Azərbaycanından nə istənildiyini görə bilərik.

Milli kimlik olaraq lokal kimlik, dini kimlik olaraq lokal kimlik, coğrafi olaraq lokal kimlik…
Və “düymə”lərə dönüşən pultun özünün ola biləcək yalnız bir dəyəri var – ticarət.
Ticari bir kimliyi dəyər olaraq mərkəzə yerləşdirdikdən sonra önünə çıxacaq nə varsa, ticari ağılla dəyərləndirəcəksən.
Sata biləcəyin qədər sat, ala biləcəyin qədər al;

Mənfəətlərin əxlaqı əxlaqsızlığın əlifbasını yazar.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 151
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."