!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əyləncə mərkəzində qəza – Uşaq ağır yaralandı

!Reklam – Yazi

Sumqayıtdan Qobustana istirahətə gələn şagirdlərdən biri ağacdan yıxılaraq ağır xəsarət alıb.

Yenicag.az xəbər verir ki, hadisə rayonunda yerləşən əyləncə mərkəzində baş verib.

Sumqayıt şəhər sakini, 2005-ci il təvəllüdlü Elmir Vidadi oğlu Əliyev əyləncə mərkəzində oynayarkən ağaca çıxıb. O, bir anda müvazinətini itirərək yüksəklikdən yerə yıxılıb. E.Əliyev yaxınlıqdakı insanların köməyi ilə Qobustan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxandan verilən məlumata görə, E.Əliyev sol ayağının açıq qəlpəli sınığı xəsarəti ilə cərrahiyyə şöbəsinə yerləşdirilib. Ona ilkin yardım göstərilərək paytaxt xəstəxanlarından birinə göndərilib. Həkimlər xəstənin vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.

Faktla bağlı araşdırma aparılır./Report/

www.yenicag.az

3464
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv