Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Eyni “çətir”in altına gətirilən Türk düşmənləri: Suriyada erməni terrorizmi necə baş qaldırır?

“İndi PKK-nı irəli çıxarıblar, ermənilər isə arxadan onlara dəstək verirlər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Suriyada fəaliyyət göstərən erməni terror birliklərinin Türkiyə əleyhinə fəaliyyətdə PKK-ya dəstək vermələrinin səbəblərini şərh edən politoloq Zəlimxan Məmmədli deyib.

Suriyada erməni terror birləşmələrindən birinə rəhbərlik edən Avo Ozanyan “Amerikanın səsi”nə müsahibəsində PKK ilə birlikdə Türkiyəyə qarşı savaşdıqlarını açıq mətnlə bəyan edib.

O, Türkiyə əleyhinə hərbi fəaliyyəti “özünümüdafiə” adı ilə pərdələməyə cəhd göstərib. Ozanyan bunu da etiraf edib ki, ötən illərdən fərqli olaraq, artıq silah-sursat təchizatında problemləri yoxdur.

Ozanyanın bu müsahibəsi açıq şəkildə göstərir ki, Suriya proseslərində başda ABŞ olmaqla, Türkiyə əleyhinə fəaliyyət üçün Qərbdən hərtərəfli dəstək alan terrorçu PKK-YPG-nin sıralarına erməni terrorçuları da cəlb ediliblər və onlar zəruri vasitələrlə təmin ediliblər.

Zəlimxan Məmmədli hesab edir ki, Suriyadakı erməni terrorçularının Türkiyəyə qarşı fəaliyyətə cəlb olunmaları Qərbin məlum layihəsinin tərkib hissəsidir:

“Kürdlər və ermənilər qurduqları terror təşkilatları ilə türk etnik kimliyinə qarşı savaş açıblar. Amerika, Rusiya və digər böyük güclər də öz maraqları naminə bundan hər zaman bəhrələniblər.

Türkiyənin güclü olması və hər şeyə rəğmən, ayaqda qalması bu güclərin maraqlarına uyğun gəlmir. Türkiyənin var olması, Orta Asiyanın, Azərbaycanın və ən əsası, Turan ideologiyasının var olması deməkdir.

Buna görə də, Türkiyəni hər zaman məşğul etmək, iç savaşa sürükləmək, arxadan vurmaq üçün erməni faktorunu zaman-zaman önə çəkirlər. İndi PKK-nı irəli çıxarıblar, ermənilər isə arxadan onlara dəstək verirlər.

PKK ilə erməni terrorçularının hədəfində kimdir? Türkiyə! Onlar nəyə görə nə Əsəd qüvvələrinə, nə də başqa hərbi qruplaşmalara qarşı deyil, məhz Türkiyəyə qarşı savaş açırlar? Bunu onları idarə edən güclər istəyir. Məqsəd də Türkiyəni zəiflədərək, onların diqtələrini qəbul edəcək vəziyyətə gətirməkdir.

Nəticə etibarilə eyni layihədir, sadəcə, burada etnik fərq mövcuddur. Türkiyəni terrorçu PKK ilə daxili müharibəyə çəkə bilmədilər. Düşünürəm ki, bundan sonra da Türkiyə və Azərbaycana arxadan vurulan zərbələr erməni və kürd terror təşkilatlarının əli ilə olacaq.

Ounlar bir “çətir”in altında türk etnik kimliyinə qarşı birləşiblər. Amma hər zaman olduğu kimi, layiqli cavablarını alacaqlar”.

Aqil Bəkir

www.yenicag.az


Paylaşılan Hostinq
1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt
Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/hosting-xidmeti/

2663
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
Margin

Seçki 2020
MARGIN-BOTTOM