!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əzələli olmaq istəyənlərin nəzərinə: Bu qidaları qəbul edin

!Reklam – Yazi

Əzələli bədənə malik olmaq xüsusilə kişilərin ən böyük arzularından biridir.

Yenicag.az xəbər verir ki, bu istəyə nail olmaq üçün sadəcə idmanla məşğul olmaq kifayət deyil. Eyni zamanda idmandan əvvəl və sonra qəbul edilən qida rasionuna da diqqət edilməlidir. Bəzi qidalar əzələnin inkişafı prosesini gücləndirərək lazımından artıq enerji sərf etməyinizin qarşısını alır.

Həmin qidaları təqdim edirik:

Yumurta – Bir yumurtanın tərkibində orta hesabla 6-8 qram protein var. Eyni zamanda yumurta vitamin, dəmir və kalsiumla da zəngindir.

Balıq yağı – Bu məhsul orqanizmdə maddələr mübadiləsini sürətləndirir.

Toyuq – Hər bir toyuğun tərkibində 30-100 qram protein olur.

Yulaf – Bu lifli qida proteinlə yanaşı, minerallarla da zəngindir.

Ananas – Bu meyvənin tərkibində olan bromelein adlı maddə proteinin “emal olunmasına” kömək edir. Bununla yanaşı əzələ iltihabını təmizləyir.

Banan – Olduqca doyurucu olan bu qida tərkibində şəkər səviyyəsinin yüksək olmasına baxmayaraq əzələ yaranmasına müsbət təsir göstərir.

Brakoli – Salatlarınıza mütləq brakoli əlavə edin, çünki bu lifli qida mineral mənbəyidir.

İspanaq – Bu göyərtinin tərkinibdə olan maddələr əzələ böyüməsini 20%-ə qədər artırır.

Süzmə pendir – Proteinlə zəngin olan süzmə pendir həm də uzun müddət tox saxlayır.

Nərə balığı – Tərkibində yüksək səviyyədə Omeqa 3 olan nərə balığı maddələr müdadiləsini də gücləndirir.

Qəhvəyi düyü – Bu qida olduqca güclü karbonhidrat mənbəyidir.

Şokoladlı süd – İdmandan sonra içilən bir stəkan şokoladlı südlə itirdiyiniz enerjini yenidən bərpa edə bilərsiniz.

COP29

www.yenicag.az

2278
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv